Şəhriyar haqda kitab çıxdı

Şəhriyar haqda kitab çıxdı
calendar 22 aprel 2011
clock 14:36
Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda kitab təqdimatı olub. Kulis.az-ın məlumatına görə filologiya elmləri namizədi Esmira Fuadın “Söz sərrafı Şəhriyar ” adlı kitabı Şəhriyara həsr olunub.

Əsərdə ustad Şəhriyarın həyatı, ədəbi mühiti, bədii irsi tədqiq olunur. Kitab müəllifin 1998-ci ildə çap olunmuş “Məhəmmədhüseyn Şəhriyar” adlı monoqrafiyasının yenidən işlənmiş və əlavələr olunmuş variantıdır.

Tədbiri AYB katibi Arif Əmrahoğlu açdı: “Bu gün iki işığa yığışmışıq, biri Esmira xanımın işığıdır, o biri böyük, ustad Şəhriyarın işığıdır .”

Müəllifin yaradlcılığı barədə danışandan sonra natiq tədbiri aparmaq üçün jurnalist, AYB üzvü Flora Xəlilzadəyə söz verdi. Flora xanım “Şəhriyar qəlbimizdə uşaqlıqdan lövbər salan şairdir ”- dedi: “Onun barədə araşdırma aparıb əsər yazmağı qələminə hörmət etdiyim Esmira Fuad boynuna götürüb və bu missiyanın öhdəsindən gəlib.”

Tədbirdə ədəbiyyat, elm, mədəniyyət adamları iştirak ediblər.

Ramilə Qurbanlı
# 1259 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news