Jerar Depardye Azərbaycana gəlib
Fransanın dünyaca məşhur aktyoru Jerar Depardye Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov APA-ya bildirib ki, məşhur aktyorun ölkəmizə səfəri film çəkilişi ilə bağlıdır. Fransa kino xadimləri tərəfindən “Aleksandr Duma Azərbaycanda” sənədli filminin çəkilişləri aparılır və Jerar Depardye bu filmdə fransız aktyoru olaraq özünü oynayır. Filmin çəkilişləri Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da aparılacaq. Filmin çəkilişləri Aleksandr Dumanın Azərbaycandakı marşrutu üzrə həyata keçiriləcək. Səfər çərçivəsində fransız aktyorun bir sıra görüşlərinin keçiriləcəyi nəzərdə tutulur.
Jerar Depardyenin də daxil olduğu filmin yaradıcı heyətinin Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.
Jerar Depardyenin də daxil olduğu filmin yaradıcı heyətinin Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.
Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024