Nizaminin “Xəmsə”si ilk dəfə bir kitabda

Nizaminin “Xəmsə”si ilk dəfə bir kitabda
calendar 12 sentyabr 2012
clock 16:14
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemaları ilk dəfə bir kitabda Azərbaycan dilində nəşr olunub.

Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyükformatlı nəşrə toplanmış 5 poemanın hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir. Xəlil Yusifli, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq və Mikayıl Rzaquluzadənin tərcüməsində təqdim olunan "Xəmsə"yə CD disk də əlavə edilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni təqdimatda "Xəmsə"yə daxil olan beş poema AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən götürülmüş rəngli illüstrasiyalarla bəzədilib.

Yeni nəşr dünya poeziyasında epik romantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.
# 2277 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news