“Səndən ayrı inan vallah ölmüşəm”

“Səndən ayrı inan vallah ölmüşəm”
calendar 17 sentyabr 2012
clock 13:57

Kulis.az gənc və istedadlı şair Anar Məcidzadənin şeirlərini təqdim edir.

Sevgi yağışları

Yenə yağış yağır-narın yağışlar,
Görüşə gedirəm əllərimdə gül.
Yenə qara gözlər, yenə baxışlar,
Tələsir görüşə, tələsir könül.

Bu yağan yağışlar sevgidən yağır,
Sanki yağışlar da yerlə danışır.
Görüşə gedirəm, yollar nə ağır.
Ürək təbiətlə küsüb, barışır.

Bu yağan yağışlar birdən isladar,
Yolumu gözləyən gözəl yarımı.
Mən qurban edərəm-nə qədər eşq var,
O gəzəl yarıma dövlət, varımı.

Yağan yağışlar da nəğmə oxuyur,
Bizim eşqimizə, saf məhəbbətə.
Sanki göyün üzü çələng toxuyur,
Bu günüm dönübdür bir hekayətə.

Buludla örtülüb göylərin üzü,
Yağışlar da yağır, yenə yağacaq.
Bu yağan yağışlar sevginin özü,
Sevgi olan yerdə günəş doğacaq.

Yenə yağış yağır-narın yağışlar,
Nə yollar yorulur, nə göy yuxulu.
Hər yağış damlası sevgi bağışlar,
Məhəbbət qoxulu, sevda qoxulu.

Bu yağan yağışlar sevən qəlbimin,
Göydən yerə düşən yağışlarıdır.
Bəlkə yağış deyil, bu, sevgilimin,
Yolumu gözləyən baxışlarıdır.

Mən həqiqət yazdım, yalan yazmadım,
Bu dünya özü də həqiqət imiş.
Getdiyim bu yolda bir an azmadım,
Dünyada doğru yol məhəbbət imiş.



Bakı nəğməsi

Mavi Xəzər qucağında,
Ana vətən ocağında,
Firəvan, kefi çağ Bakım.
Hər yanda üzü ağ Bakım.

Yurdum üçün qızıl küzə,
Gözəlliyi bir möcüzə.
Gəlməyəsən heç vaxt gözə,
Xoşbəxt Bakım, gözəl Bakım.
Hər duyğudan əzəl Bakım.

Sənət yurdu, şair yurdu,
Vətənimə işıq, nurdu.
Keçmişin də bir qürurdu,
Adın ellər gəzər Bakım.
Sirdaşındı Xəzər, Bakım.

Hərdən mavi dəniz coşur,
Anar sənə nəğmə qoşur.
Yazım neçə kəlmə, Bakım.
Gözəl Bakım, nəğmə Bakım.


Mənim sevgilim

Bu gözlərim için-için ağlayır,
Ağlamaqla ürəyimi dağlayır,
Görən kimdir yolumuzu bağlayır,
Gedənmirəm mən yanına sevgilim.
Dərd düşür aşiq canına sevgilim.

Sorağını dost-tanışdan almışam,
Sen o yanda mən bu yanda qalmışam,
Könlümdən könlünə körpü salmışam,
Qəlbim seninlədir hər an sevgilim.
Sənsiz ürək olub viran sevgilim.

Hər dərdini inan dərdim bilmişəm,
Ağlasan ağlayıb gülsən gülmüşəm,
Səndən ayrı inan Vallah ölmüşəm,
Eşitməyim kədərini sevgilim.
Xoş görüm hər səhərini sevgilim.

Nə zamandır ünüm sənə çatmayır,
Gözüm yuxu görmür inan yatmayır,
Anar seni heç zaman unutmayır,
Həm sevincim, həm də qəmim sevgilim.
Men səninəm, sən də mənim sevgilim.

Anar Məcidzadə

# 1988 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news