Bu səhvləri heç zaman buraxmayın

Bu səhvləri heç zaman buraxmayın
calendar 25 sentyabr 2012
clock 04:00
İşə vaxtında gəlib-gedirsiniz, fəalsınız, bacarıqlısınız. Buna baxmayaraq adi bir “Facebook” şəkli, bir “Twitter” qeydi, yaxud “Foursquare”də yerinizi bildirmək karyeranıza pis təsir edə bilər. Ona görə də, sosial media ilə ehtiyatlı davranmalısınız. Kulis.az bununla bağlı maraqlı məsləhətləri təqdim edir:

1. Hər şəklinizi “Facebook”da paylaşmayın

Bu məsləhətdən əvvəl zəruri bir qeyd: Çalışın çox az sayda iş yoldaşınızla Facebookda dost olasınız. İnsanlar karyera, yüksəliş naminə ən xırda səhvinizi belə sizə qarşı istifadə edə bilər. Xüsusən də yaxşı olmayan pozada və yerdə olan şəkillərinizdən ehtiyat edin. Bir də gördünüz, səhər işə gələndə hamı axşam spirtli içki içə-içə çəkdirdiyiniz şəkillərdən danışır.

2. “Twitter”də gördüyünüz hər sayta daxil olmayın

Aydın məsələdir ki, əksər müəssisələrdə bütün işçi kompyuterləri vahid serverə bağlı olur, yəni sizin nə etdiyinizi, hansı sayta baxdığınızı müdiriniz rahatlıqla görə bilir. “Twitter”də 140 işarəlik “Havalar hələ oktyabra qədər isti olacaq” kimi bir xəbəri açmaq istəyəndə, porno sayt açıla bilər. İş stajınız, təhsiliniz, reputasiyanızı 140 işarəyə qurban verməyin.

3. “Foursquare”də hər yeri “check”-in etməyin

Tutaq ki səhər işə gecikdiniz, nə deyəcəksiniz? Avtomobil xarab olmuşdu, tıxac idi, evin açarlarını anama verməli idim… Ancaq axşam hansısa barda, “pub”da “check”-in etmisinizsə, çətin ki səhər kimsə sizə inanar. Hələ “xəstələnmişəm” deyib işə gəlməsəniz, daha betər! Hamı biləcək ki, axşamkı içkinin təsirindən hələ də çıxa bilməmisiniz.

4. Sosial şəbəkələrdəki hesablarınızın şifrəsi eyni olmasın

Böyük ehtimalla, Gmail, Facebook, Twitter, Foursquare, İnstagram hesablarınızın şifrələri eynidir. Çox pis! Təsəvvür edin, biri əgər hansısa hesabınızı qırırsa, avtomatik o birilərə da daxil ola bilər. Göz görə-görə özünü oda atmaqdı bu.

5. Müdirinizlə Facebookda dost olmayın

Nə badə!

Rəna NEVZAT
# 2409 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news