Aktyorun meyiti 23 gündür ortalıqda qalıb

Aktyorun meyiti 23 gündür ortalıqda qalıb
calendar 25 sentyabr 2012
clock 12:37
Tanınmış rus aktyoru Aleksandr Lebedev 82 yaşında öz mənzilində avqustuin sonlarında dünyasını dəyişib. Kulis.az-ın məlumatına görə aktyorun öldüyü gün dəqiqləşdirmək mümkün olmayıb. Aktyor psixi xəstə qızı və yataq xəstəsi arvadı ilə birgə yaşayırmış. Qonşuların dedyinə görə qız çoxdandır psixoloji xəstəlikdən əziyyət çəkir. Hətta anasını da yatağa o, salıb. Möhkəm itələdiyinə görə yaşlı qadın yıxılıb və onurğası ciddi zədə alıb.

Aktyorun ölümü barədə isə qonşular xəbər tutublar. Bloku bürüyən üfunət iyi qonşuları milis çağırmağa məcbur edib. Qız qapını açmaq istəmirmiş, bu səbəbdən də polis qapını sındırmaq məcburiyyəti qarşısında qalıb. Qızı psixi xəstəxanaya qoyub, vəfat etmiş aktyoru morqa aparıblar.

Aktyorun cəsədi artıq dörd həftədir ki, morqdadır. Əvvəlcə onun sənədlərini tapmayıblar ki, ölüm kağızı çıxardıb qəbristanlıqda dəfn etsinlər. Sənədləri evi ələk-vələk edib tapandan sonra isə dəfn üçün pul tapılmayıb.

İndi epizodik rollar qəhrəmanı Lebedev morqda, arvadı yataqda baxımsız, qızı isə psixi xəstəxanadadır.

Dəfn üçün Rusiya sosial təminat idarələri işə qarışıb, amma sentyabrın 27-nə qədər lazımi sənədlər çatdırılıb düzəldilməsə aktyor kimsəsizlər üçün qəbristanlıqda dəfn ediləcək.

Aleksandr Lebedev tamaşaçılara “Sadiq dostlar”, Uğur centlimenləri”, “Hərb və sülh”, “Əbədi çağırış”, “İnqilabdan doğulmuşlar”, “Qaraj” filmlərindən tanışdır.

Aktyor yarım əsrdən artıq “Mosfilm”də çalışıb.


Ramilə QURBANLI
# 1734 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news