Tarixin seks mifləri

Tarixin seks mifləri
calendar 28 sentyabr 2012
clock 04:00
Əcdadlarımızın intim həyatı ilə bağlı müxtəlif əfsanələr var. Bu əfsanələrdən ən məşhurları isə bunlardır:

1. Viktoriya epoxasında məhrəmlik

Mif: İngiltərə tarixində 1831-1901-ci illərdə hakimiyyətdə olan Viktoriya haqqında miflər az deyil. Məsələn, şayiəyə görə, şahzadələrin topuqlarının görünməyi ən böyük ədəbsizlik sayılırmış. Hətta kraliça saraydakı stulların ayaqlarını qadın topuqlarını xatırlatdığı üçün parça ilə örtdürərmiş.

Deyilənə görə, kraliça Viktoriya, qızına zifaf gecəsində İngiltərə haqqında düşünməyi məsləhət görüb.

Həqiqət: Sərt qaydalar barədə deyilənlər doğrudur. Ancaq bu qaydalar görüntü üçün imiş. Sarayda porno saytlarda belə rast gəlməyəcəyiniz intim əlaqələr vardı: insest, zorakılıq, pedofiliya, orgiya, sadizm, mazoxizm və s. Kraliça seksi sevərmiş. Doqquz uşaq da buna ən böyük sübutdur.

2. “Puritanlar həyat tərzi” mifi

Mif: XVI və XVII əsrlərdə Böyük Britaniyada yaranmış dini hərəkatın üzvləri – puritanlar haqqında ən məşhur şayiə onların dünyada ədəbsizlik yarada biləcək hər şeyi yox etmək istəkləri barədə söylənilənlərdir.

Həqiqət: Evlilikdən kənar seks puritanlarda həqiqətən cinayət sayılırdı. Ancaq tarixi araşdırmalar göstərib ki, hər üç puritan qadından biri hamilə qaldığı üçün evlənirmiş. Evlənən cütlüklər təkcə yataq otaqlarında deyil, evin damında, xəndəkdə, qəbiristanlıqda, bir sözlə hər yerdə sekslə məşğul olurmuşlar.

Qulluqçuların cinsi əlaqə üçün münasib bildikləri yer isə mətbəx imiş. Əgər mətbəxdə kimsə sekslə məşğul olursa, digər qulluqçu heç vaxt orda olanlara baxmamalı, dərhal ordan uzaqlaşmalı imiş.

Puritan kilsəsi seksi mühüm hesab edir və bunu təkcə nəsil artırmaq üçün deyil, həzz almaq üçün də vacib sayırdı. İstər ər, istərsə da arvadın partnyoruna zövq vermək öhdəliyi vardı. İmpotentlik və cinsi passivlik boşanma üçün yetərli imiş.

3. Feodallar kəndlilərin arvadları ilə yata bilərdilər

Mif: “Zifaf gecəsi hüququ” – feodal ilə ilk toy gecəsində kəndlinin arvadı birlikdə ola bilərdi.

Həqiqət: Feodala bu hüququ verən qanun əslində yoxdur - tarixi sənədlər belə deyir. Bu mif ona görə yaranıb ki, sərkərdələrin məğlub etdikləri millətin xanımlarına təcavüz edirdilər. “Zifaf gecəsi hüququ” isə bu addımın təhrif olunmuş versiyasıdır.
# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news