Rejissor Rafiq Atakişiyev vəfat edib

Rejissor Rafiq Atakişiyev vəfat edib
calendar 4 oktyabr 2012
clock 17:10
Kulis.az-ın məlumatına görə, rejissor bir həftə əvvəl ürək çatışmazlığından vəfat edib.

1968-ci ildə Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə baş rejissor kimi başlayan Rafiq Atakişiyev teatrın yaradıcılarından biri olub. 1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediya Teatrında quruluşçu rejissor olan R. Atakişiyev O. Kazımovun "Qızıl toy", E. Sabitoğlunun "Nəğməli Könül", (Azərbaycan bölməsi) Kolkarın "Nəsrəddinin Bağdada səyahəti", Ofenbaxın "Fransız qonaq" tamaşalarına quruluş verib. İncəsənət və Mədəniyyət Universitetində baş müəllim, dosent kimi çalışan mərhum aktyor teatr sənətçilərindən T. Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya - "Rejissor teatra gəlir" və bir çox başqa kitabların müəllifidir. 1999-cu ildən 2005-ci ilə kimi Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyən R. Atakişiyevin təşəbüssü və rəhbərliyi ilə teatrın nəzdində gənc aktyorların yetişdirilməsi üçün ictimai əsaslarla aktyor studiyası təşkil olunub. Son illərdə C. Cabbarlının "Oqtay Eloğlu", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", Bukovçanın "Qana-Qan" və H. Cavidin "Afət" tamaşalarının quruluşçu rejissoru olub.

R. Atakişiyev 2005-ci ildə "Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə" fəxri nişanla təltif olunub. Azərbaycan TXİ-nin idarə heyətinin üzvü, "Qızıl Dərviş" mükafatının laureatıdır.

Fərid MİRZƏYEV
# 1387 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news