“Bəyin oğurlanması”ndakı erməni bərbər xəstəxanaya düşdü

“Bəyin oğurlanması”ndakı erməni bərbər xəstəxanaya düşdü
calendar 9 oktyabr 2012
clock 10:47
Kulis.az-ın “Komsomolskaya Pravda”-ya istinadən verdiyi xəbərə görə Rusiyanın əməkdar artisti, “Əyri Güzgü” teatrının erməni əsilli tanınmış yumoristi Karen Ovanesyan yüksək temperatur və şiddətli ürək ağrısı ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Təcili xəstəxanaya yerləşdirilən 57 yaşlı aktyorun ürəyində kəskin ağrılar olub. Həkimlər populyar yumoristin ürək-damar sisteminin iltihablanmasını müəyyən ediblər.

Reanimasiyaya yerləşdirilən yumoristi dostları və sənət yoldaşları daima ziyarət edirlər. Həkimlərin ailəsinə verdiyi məlumata görə, Ovanesyanın vəziyyəti yaxşıdır və oktyabrın 13-də “Əyri Güzgü” teatrının növbəti çəkilişlərinə kimi evə buraxılacaq.

Azərbaycanda anadan olan Karen Ovanesyan 1985-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. “Bəyin oğurlanması” filmindən bərbər rolu ilə tanıdığımız aktyor Vaqif Mustafayevin “Yaramaz” filmində də çəkilib.

Fərid MİRZƏYEV
# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news