Dünyanın ən ağıllı 10 adamından biri striptizçidir

Dünyanın ən ağıllı 10 adamından biri striptizçidir
calendar 17 oktyabr 2012
clock 07:00
Kiminsə ağıllı olub-olmadığını təyin etmək çox subyektiv məsələdir. İnsanların 50 %-dən çoxunun IQ (Məntiq testi) səviyyəsi 90-110 arasında, 2,5 faizinin səviyyəsi 70-dən az, 2,5 faizinin səviyyəsi 130-dan yuxarı, 0,5 faizinin səviyyəsi isə 140-dan yuxarıdır. Buradan bir sual yaranır: Bəs dünyanın ən yüksək IQ sahibi olan “ağıllı”ları kimlərdir? İndi nə işlə məşğuldurlar? IQ-ləri nə qədərdir?
Beləliklə, dünyanın ən ağıllı 10 adamı:

1. Stiven Hokinq - IQ 160
Siyahıdakı ən məşhur adamlarından biri yəqin ki Hokinqdir. O, nəzəri fizika, tətbiqi riyaziyyat və fiziki kosmologiya sahəsindəki uğurları ilə tanınır. Hazırda Kembric Universitetində üç əsr əvvəl İsaak Nyutonun tutduğu Lukasian professorluğu vəzifəsində işləyir. 1974-cü ildən London Kral Cəmiyyətinin üzvüdür. 7 best-sellerin müəllifidir.

2. Кim Unq-Yonq - IQ 210
Koreyalı vunderkind Kim ən yüksək IQ göstəricisi ilə Qinnesin rekordlar kitabına adını yazdırıb. O, iki yaşında artıq iki dil bilir, 4 yaşında isə çətin riyazi misalların öhdəsindən gəlirmiş. 8 yaşında NASA-dan təklif alıb və oxumaq üçün Amerikaya köçüb.

3. Pol Allen - IQ 170
“Microsoft”-un həmtəsisçisi Allen ağlını pul mənbəyinə çevirənlərdən biridir. O, 14,2 milyard dollar sərvətlə “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında 48-ci yerdədir.


4. Rik Rosner - IQ 192
Yəqin ki, bu qədər yüksək IQ sahibinin indiki işi ağlınıza da gəlmir – o, televiziyada produsserdir. Ancaq Rosnerin bu işi əvvəlkilərlə müqayisədə heç də pis deyil, çünki o əvvəllər striptizçi, ofisiant, naturaçı işləyib.

5. Harri Kasparov - IQ 190
22 il şahmat üzrə dünya çempionu titulunu qoruyan Kasparovu tanımayan yoxdur. Onun rekordunu hələ də təzələyən tapılmayıb. 2005-ci ildə karyerasını dayandıran Kasparov yazıçı və siyasətçi kimi fəaliyyətə başlayıb.

6. Ser Endrü Uayls - IQ 170
1995-ci ildə ingilis riyaziyyatçı ser Endrü Uayls dünyanın ən çətin məsələsi sayılan “Ferm teoremi”ni isbat edib. Elm və riyaziyyat sahəsi üzrə 15-dən çox mükafata layiq görülüb.



7. Yudit Polqar - IQ 170
Siyahının ilk qadın və ikinci şahmatçısı Yudit Polqardır. Yəhudi əsilli macar şahmatçı 15 yaşında grandmaster adını qazanıb və Bobbi Fişerin rekordunu təzələyib. Onun atası Yuditlə bacısını lap kiçik yaşlarından şahmat oynamağı öyrədib. Yudit Polqar siyahının 5-si Harri Kasparova qalib gələn azsaylı şahmatçılardandır.

8. Kristofer Hirata - IQ 225
Hirata 14 yaşında Kaliforniya Texniki universitetinə qəbul olub və 16 yaşından NASA-da Mars araşdırmaları sahəsində işləyir. 22 yaşında astrofizika üzrə doktorluq dərəcəsi alıb.

9. Тerens Tao - IQ 230
Tao qəribə uşaq olub. Çox uşaqların təzə dil açdığı vaxtlarda – yəni 2 yaşında Тао artıq riyazi misallar edirmiş. 9-cu sinifdə oxuyanda universitet səviyyəsində keçilən riyaziyyat dərslərinə gedib, 20 yaşında Prinston universitetində doktor dərəcəsi alıb. 24 yaşında isə Los-Ancelesdəki Kaliforniya Universitetinin ən gənc professoru adını qazanıb. Həmin dövrdə 250-yə yaxın elmi işin müəllifi olub.

10. Ceyms Vuds - IQ 180
Amerikan aktyor Ceyms Vuds həm də əla tələbə olub. O, Kaliforniya Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub, sonra Massaçuset Texniki universitetinə yollanıb. Ancaq elmi, riyaziyyatı ataraq aktyor olmağı qərara alıb. 3 Emmi və 2 Oskar laureatıdır.

Hazırladı: Rena Nevzat
# 3261 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news