Azərbaycanlı rejissor Türkiyədə iki tamaşa hazırlayacaq

Azərbaycanlı rejissor Türkiyədə iki tamaşa hazırlayacaq
calendar 19 oktyabr 2012
clock 10:43
Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan Türkiyəyə tamaşa hazırlamaq üçün dəvət olunub. Onun Kulis.az-a verdiyi məlumata görə Türkiyənin Sinob şəhərində fəaliyyət göstərən “EK sanat” teatrında iki tamaşa hazırlayacaq: “Hələlik hansı tamaşalar olduğunu özüm də bilmirəm, orda birgə məsləhətləşmələr əsasında buna qərar verəcəyik. Razılığa gəlmişik ki, Bakı Uşaq Teatrı ilə “EK sanat” teatrı arasında yaradıcılıq əlaqələri quraq, hazırlayacağım tamaşalar həm Uşaq teatrında, həm də “EK sanat” teatrında səhnəyə çıxarılsın”.

Rejissor-aktyor Qurban bayramı günlərində artıq həmin teatrda məsləhətləşmələr aparacaq.

İntiqam Soltan onu da bildirdi ki, Türkiyə teatrında quracağı tamaşaya Bakı Uşaq Teatrından da aktyorlar dəvət edəcək. Qarşıdakı illərdə isə həmin teatrın aktyorları Bakı Uşaq Teatrının tamaşalarında oynayacaqlar: “Bunun hər iki teatr üçün yaxşı nəticələr verəcəyinə inanıram, çünki həm onların, həm bizim bir-birimizdən bilmədiklərimizi öyrənmək imkanımız olacaq. Bizim teatrın belə təcrübəsi var, türkiyəli aktyor bizim teatrın tamaşasında oynayıb. Bir dəfə hətta almaniyalı aktyor bizim teatrın tamaşasında rol alıb”.

İntiqam Soltan Türkiyədə bir telelayihə də həyata keçirmək fikrindədir. Deyir ki, bu layihə özfəaliyyət kollektivləri ilə bağlıdır: “Belə bir layihəni burda keçirmək istəyirdim, amma cəhd elədim, maraq göstərmədilər. Düşünürəm bunu Türkiyədə reallaşdırmaq daha əlverişlidir”.

İntiqam Soltan Bakı Uşaq Teatrının bina problemindən də danışdı: “Türkiyə teatrı ilə yaradıcılıq mübadiləsi çox yaxşıdır, amma binamız yararsız vəziyyətdə olduğundan orda qonaq qarşılamağa utanıram. Köhnə bir mədəniyyət evində yerləşdirilmişik, bizdən başqa orda bir neçə təşkilat var. Heç məşqlərimizi eləməyə künc tapmırıq. Söz veriblər ki, bu problem yaxın zamanlarda həll olunacaq ”.

Ramilə QURBANLI
# 2092 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news