Fahişəxana futbol klubuna yardım etdi

Fahişəxana futbol klubuna yardım etdi
calendar 19 oktyabr 2012
clock 14:30
Yunanıstandakı iqtisadi böhran futbola da öz təsirini göstərib. Kulis.az-ın milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, Yunanıstanın “Voukefalas” həvəskar futbol klubu formasına iki pritonun - “Villa Erotica” və “Soulas House of History” adını daşıyan reklamlar yerləşdirib.

Tələbə, yazıçı və barmenlərin oynadığı klub müqavilə əsasında geydikləri formanın da rəngini dəyişib. Belə ki, futbolçular meydana çəhrayı rəngli köynəklərdə çıxıblar. Yunanıstan Həvəskar Futbol Federasiyası isə bu hərəkətin uşaqlar üçün zərərli olduğunu və idmanın bu cür məsələlərə alət edilməyəcəyini bildirərək çəhrayı formaları geyinməyə qadağa qoyub.

Pritonlardan birinin sahibi Soula Alevridounun qadağaya münasibəti belə olub: “Yunanıstan mədəni və təhsilli bir ölkədir. Əgər biz ziyalılara və idmançılara yardım etməsək bəs kim edəcək?”

Dörd oyundur 1-0 hesabı ilə məğlub olan klubun hər oyununu izləyən və məyus olan Alevridou, futbolçuların qarşıdakı oyunlarda qələbə qazanacağı təqdirdə onlara maraqlı gecə yaşadacağına söz verib.

Klub prezidenti Yannis Batziolas isə çətin vəziyyətdə, maddi dəstəyə ehtiyacları olduqlarını etiraf edib: “Təəssüflər olsun ki, böyük iqtisadi böhran yaşayırıq. Buna görə də hər cür maddi dəstəyi qəbul etmək məcburiyyətindəyik”.

Hazırladı: Fərid
# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news