Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” fotoalbomu nəşr edilib
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” adlı fotoalbom nəşr edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, kitabda erməni vandalları tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır.
Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barəsində faktlar əsasında məlumat verilib. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev foto-alboma “Ağdam: Qara taleli ağ şəhər” adlı müqəddimə yazıb. Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024