Nizaminin əsərlərinə aid miniatürlər Azərbaycana gətirilib
Azərbaycanın dahi şairi Nizami Gəncəvi irsinin onun doğma şəhərinə gətirilməsi istiqamətində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının təsisçi üzvləri İsmayıl Seragəldin və Vaira Vike-Freiberganın təşəbbüsü və müraciəti ilə dahi şairin əsərlərinə həsr olunmuş nadir miniatürlərin orijinalı Gəncəyə gətirilib. Trend-in məlumatına görə, bu barədə "YES" Qlobal Gənclər Şəbəkəsinin Azərbaycan nümayəndəliyindən bildirilib.
XVI əsrin əvvəli Kəşmirdə yazılmış bu əlyazmalar 238x140 mm, yazıları isə 165x90 mm ölçüsündədir. İsgəndəri təsvir edən müxtəlif rəng çalarlarından istifadə olunmuş miniatür qızıl suyuna salınıb.
Bununla yanaşı, Himayədarlar Şurasının təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dünyanın 100-dən çox ölkəsindən 3 milyon 5 yüz min rəqəmsallaşdırılmış əlyazma vərəqləri Gəncə şəhərinə təhvil verilib.
Bu yaxınlarda Gəncə şəhərində keçirilən Nizami Gəncəvi 870 beynəlxalq tədbirləri dünyanın bir çox nüfuzlu kitabxanalarının və mərkəzlərinin səhifələrində və nüfuzlu insanların sosial səhifələrində öz əksini tapıb.

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024