Ankarada Niyazinin 100 illiyinə həsr edilmiş konsert keçirilib

Ankarada Niyazinin 100 illiyinə həsr edilmiş konsert keçirilib
calendar 22 oktyabr 2012
clock 10:11
Ankara Opera və Balet Teatrında TÜRKSOY-un təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı və dirijoru, maestro Niyazinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsertdən əvvəl çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin rəhbəri, Dövlət Opera və Balet Teatrının baş direktoru Rengin Gökmen maestro Niyazinin dünya şöhrətli bəstəkar və dirijor kimi yorulmaz fəaliyyətindən, onun yaradıcılığının Türkiyə və bütün türk dünyasının mənəvi sərvəti olduğunu söyləyib.

Niyazi 1973-cü ildə I İstanbul Musiqi Festivalında Əhməd Adnan Sayqunun “Koroğlu” operasının premyerasını, sonrakı illər Ankara və İstanbul opera və balet teatrlarının səhnələrində müxtəlif operalar və “Yunus Əmrə oratoriyası”nı ifa edən orkestrləri idarə edib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və TÜRKSOY-un baş katibi Düsen Kaseinov maestronun Azərbaycan və dünya musiqi xəzinəsinə verdiyi qiymətli töhfələrdən bəhs ediblər.

Sonra Xalq Artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Ankara Dövlət Simfonik Orkestri və solistlər maestro Niyazinin “Rast” simfonik muğamı və “Arzu” romansını, C.Puççininin “Toska” operasından Cavaradossinin ariyasını, C.Verdinin “Aida” operasından Aidanın ariyasını, P.İ.Çaykovskinin “Skripka üçün konserti”ni ifa ediblər.

AzərTac
# 2989 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news