Pikassonu 1839 işarədə tanı!

Pikassonu 1839 işarədə tanı!
calendar 24 oktyabr 2012
clock 11:38
Pikassonun dediyi ilk söz “piz” olmuşdur, bu ispan dilində “pencil”( qara qələm) sözünün qısa forması idi.

İlk əsərini 8 yaşında ikən taxta üzərində yağlı boya ilə çəkib. “Pikador” adlanan bu əsəri ömrünün sonuna kimi saxlayıb.

İlk sərgisini 19 yaşında ikən Barselonada “Els Quatre Gats” kafesində açan gənc Pikassonun dəsti-xətti bəyənilmədiyindən hər kəs tərəfindən mənfi rəylə qarşılanır.

1900-cü ildə Parisdə yaşayarkən ciddi maliyyə problemləri ilə üzləşən rəssam isinmək üçün rəsmlərini yandırırdı.

1911-ci ildə Luvr muzeyindən “Mona Liza” əsəri oğurlandığı zaman Pikassonun dostu şair Guillaume Apollinaire polis tərəfindən saxlanılmış, o isə ifadəsində dostunu günahlandırmışdı.
Lakin dindirmələr zamanı hər iki dost sərbəst buraxılır.

Məşhur ispan rəssamı Salvador Dalinin Pikasso ilə tanışlığı Daliyə öz dəsti-xəttini tapmaqda xeyli kömək olmuşdu.

1944-cü ildə Fransa Kommunist Partiyasına üzv olan Pikasso Stalinin portretini çəkir, lakin təqdimat zamanı bu əsər bəyənilmir.

Bu gün Pikassonun məşhur “ Sülh Göyərçini” Ümumdünya Sülh Konqresinin simvoluna çevrilib.

Qadınlara olan düşkünlüyü ilə seçilən Pablonun hətta 60-70 yaşlarında belə gənc sevgililəri vardı, məsələn, onun 79 yaşı olanda Françoise Gilotun sadəcə 21 yaşı vardı.

Sevdiyi qadınları incitməkdən həzz alan Pikasso sırf uşaq doğduqdan sonra sevgilisi Fransuazanın necə dəyişildiyini görmək üçün ondan 2 övlad dünyaya gətizdirdi. Lakin eksperimentini bəyənməyən şıltaq rəssam gözləmədiyi halda bu qadın tərəfindən tərk edilir.

Bu gün əsərləri milyon dollarlarla ölçülən rəssam ilk işindən 750 dollar qazanmışdı.

Pikassonun “Yaşıl yarpaqlar və büst” əsəri telefon vasitəsi ilə naməlum alıcı tərəfindən hərracda 106.5 milyona satın alınmışdır
Dahi rəssamın bu günədək bir çox əsəri ya oğurlanmış, ya da naməlum şəkildə itmişdir. Lakin onların 200-dən çoxu aşkar olunub.

Hazırladı: Nərmin Məmmədli
# 2100 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news