“Ədəbi Nobel antologiyası” kitabının təqdimatı olub

“Ədəbi Nobel antologiyası” kitabının təqdimatı olub
calendar 29 oktyabr 2012
clock 11:50
Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea"da "Ədəbi Nobel antologiyası" ictimaiyyətə təqdim olunub.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş “Ədəbi Nobel antologiyası”nın təqdimatında, Birliyin sədri, millət vəkili, nəşrin “ön söz” müəllifi Qənirə Paşayeva açılış nitqi ilə çıxış edib: ”Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dünyaca ünlü 67 nasirin əsərlərindən örnəklər bir arada təqdim olunur. Əsl ədəbiyyat həmişə birgəyaşayışı, barışı təbliğ edir. Kitabın ilk 500 nüsxəsi pulsuz olaraq kitabxanalara, universitetlərə, mədəniyyət ocaqlarına, elm müəssisələrinə paylanacaq. Hazırda antologiyanın daha böyük tirajla çapı gedir və yeni tiraj satışa çıxarılacaq ki, daha çox insan bu kitabı əldə edə bilsin. Qoy, bizim gənclər dünya ədəbiyyatında baş verən hadisələrlə, tendensiyalarla yaxından tanış ola bilsinlər“.

Layihənin rəhbəri və ön sözün müəllifi milllət vəkili dr. Qənirə Paşayeva olan “Ədəbi Nobel antologiyası”nda dünyanın ən nüfuzlu ədəbi mükafatı olan Nobel mükafatının təsis edilməsindən keçən 110 il ərzində mükafata layiq görülmüş nasirlərin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında yığcam bilgilər də yer alıb.

Əhatə miqyasına və ədəbi örnəklərin seçiminə görə nadir olan “Ədəbi Nobel” Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək nəşrlərdəndir.
Antologiyaya daxil edilmiş əsərlər ingilis, rus, ərəb, alman, ispan və başqa dillərdən tərcümə olunub, bir bölümü isə Türkiyə türkcəsindən uyğunlaşdırılıb. Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər “Nobel” almış 67 ünlü yazıçının yaradıcılığından örnəklər, Xalq Yazıçısı Elçinin, mərhum Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, prof. Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, şəhid şair Ülvi Bünyadzadənin, Svetlana Quliyevanın, Ülkər Nəsibbəylinin, Günel Ramazanqızının çevrisində Azərbaycan oxucusuna çatdırılır. Gələcəkdə antologiyanın ikinci – poeziya örnəkləri toplanmış cildinin nəşri də nəzərdə tutulub.

http://ganirapashayeva.com
# 1575 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news