Quşlar “Twitter”ə yazır

Quşlar “Twitter”ə yazır
calendar 26 aprel 2011
clock 13:33
Latviyanın “İr” jurnalı “Twitter”i quşlara qaytarır.

Kulis.az-ın D`Effektiv bloquna istinadən verdiyi xəbərə görə, Latviyanın soyuq havasından əziyyət çəkən quşlar üçün açıq havada klaviatura yerləşdirilib. Üstü piy parçaları ilə örtülü klaviatura qoyulduğu yerə mıxlanıb. Ac quşlar yemi dimdiklədikcə klavişlər basılır və “Twitter”ə qeyd yazılır.

Jurnal ətrafında birləşən insanlar http://birdsontwitter.com/ adlı sayt açaraq düşüncələrini ifadə ediblər: “Heç rəvadırmı ki, adını “Twitter”-ə verənlərin özləri heç zaman ondan istifadə etməsinlər? Biz bununla barışmadıq…”

Xatırladaq ki, ingilis dilində “Twitter” quş çikkiltisi deməkdir.

Bu quşların “twit”ləri birbaşa @hungry_birds adlı “Twitter” hesabında peyda olur. Öz hesabınızdan “Twitter”-ə girib onları “follow” edə bilərsiniz. Orada quşların 140 simvolluq gündəlik qeydlərini görəcəksiniz. “Qanadlı yazarları” canlı izləmək üçün yuxarıda qeyd olunan linkə daxil olub onların necə işləməyinə baxa bilərsiniz.


Günel Əsgərzadə
# 1266 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news