Gəncədə yeraltı muzey yaradılacaq

Gəncədə yeraltı muzey yaradılacaq
calendar 31 oktyabr 2012
clock 12:15
Gəncədə vaxtilə mövcud olmuş yeraltı fayton yolları aşkar edildikdən sonra onun araşdırılmasına başlanılıb. Heydər Əliyev prospektində qazıntı işləri aparılarkən təsadüfən üzə çıxmış yeraltı yollar tarixçiləri maraqlandırıb və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədqiqat işlərinə başlanılıb.

AMEA-nın Gəncə Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə AzərTAc-a bildirib ki, Gəncədə yeraltı fayton yollarının olması şəhərin strateji mövqedə yerləşməsi ilə bağlıdır. Araşdırmalar zamanı məlum olub ki, bu yollar Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə Şərqin görkəmli şairi, ilahiyyatçısı və memarı Şeyx Bahəddin Mühəmməd tərəfindən inşa edilib.

Yeraltı fayton yollarının çəkilməsinin məqsədi müharibələr zamanı şəhər əhalisinin həmin yeraltı yerlərdə sığınması ilə bərabər, onların faytonlarla təhlükəsiz yerlərə getməsini təmin etmək olub. Bundan başqa yeraltı fayton yollarında silah-sursat da saxlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırda yeraltı fayton yollarının bərpasına başlanılıb. Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra Gəncədə yeraltı muzeyin yaradılması nəzərdə tutulub.
# 1709 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news