Fərqanə Qasımova İspaniyada konsert verib - Eksküziv
İspaniyanın San-Tyaqo şəhərində “Ruhi musiqi” adlı festival keçirilib.
Kulis.az-ın məlumatına görə festivalda dünyanın bir çox ölkələrindən musiqi qrupları, yaxud ifaçılar iştirak ediblər. O cümlədən İrandan, Özbəkistandan, Almaniyadan, İngiltərədən olan ifaçılar da səhnə alıb.
Azərbaycanı həmin festivalda muğam ifaçısı Fərqanə Qasımova təmsil edib. Xanəndə saat yarımlıq konsert proqramı ilə solo çıxış edib. Azərbaycanın “Mahur”u, “Çahargah”ı, “Bayatı-Şiraz” təsnifi tamaşaçılarda çox böyük maraq yaradıb. Yerdə oturaraq çıxış edən xanəndəni tamaşaçılar ayaq üstə alqışlayıblar.
Fərqanə Qasımovanın növbəti səfəri Berlinədir. Xanəndə orda bir həftəlik qastrol çərçivəsində müxtəlif, böyük mədəniyyət ocaqlarında konsertlər verəcək.
Ramilə Qurbanlı

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024