“Ramiz Rövşən gənclərin gözündə”

“Ramiz Rövşən gənclərin gözündə”
calendar 8 noyabr 2012
clock 12:32
Tanınmış şair Ramiz Rövşənlə gənclərin görüşü keçirilib.

Lent.az-ın məlumatına görə, “Ramiz Rövşən gənclərin gözündə” adı altında təşkil olunan gecədə Ramiz Rövşənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Ramiz Rövşənin ssenarisini yazdığı 19-dan çox filmdən kadrlar nümayiş etdirilib. Çıxış edənlər Ramiz Rövşən haqqında danışaraq, sevilən şeirlərindən parçalar səsləndiriblər.

Daha sonra gənclərlə səmimi söhbət edən şair bildirib ki, o, gənclərə böyük ümid bəsləyir: “Bu gün Azərbaycanda 100 minlərlə ali təhsilli gənclərin olmasından qürur duyuram. Baxmayaraq ki, onlar aydınları doğru yerdə axtarmırlar. Ancaq bununla belə sevindirici haldır ki, savadlı gənclərimizin sayı çoxdur. Onlar unutmasınlar ki, 1918-ci ildə Azərbaycanda Cümhuriyyət qurulanda cəmi 96 nəfərin ali təhsilli var idi”.

Gənclərə maraqlı xatirələrindən danışan şair şeirlərinin yaranma tarixindən, yaradıcılığı ilə bağlı maraqlı məqamları gənclərlə bölüşüb. Daha sonra isə gənclərin suallarını cavablandırıb. Qonaqların ona ünvanladıqları dostluq, din, vətən, sevgi haqqında suallara cavab verən şair özünün ən məşhur şeirlərini səsləndirib.
# 2496 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news