Obama “Twitter”də də qalibdir

Obama “Twitter”də də qalibdir
calendar 9 noyabr 2012
clock 08:00
Layihə: “Texnobloq”

Kulis.az həftənin texnoloji yeniliklərindən bəhs edən yeni “Texnobloq” layihəsini təqdim edir. Burdan çox şey öyrənəcəksiniz. Hər həftəsonu bizi oxumağı unutmayın...

“MSN” daha olmayacaq

Bir vaxtların ən populyar sosial şəbəkəsi “Windows Live Messenger”, yəni “MSN” istifadəçiləri artıq tanışları ilə “Skype” vasitəsi ilə danışacaqlar. “Skype”la “MSN”nin “evliliy”inin təməli oktyabrdakı Mac və Windows üçün çıxan “Skype 6.0” versiyası ilə qoyulmuşdu. İndi “Skype 6.0” istifadəçiləri Live Messenger adları ilə “Skype”a daxil ola və istəsələr, bu hesabla “Skype” hesablarını birləşdirə bilərlər.

“Apple”, “Apple”-a bənzər

Amerikanın Strateji Araşdırmalar mərkəzinin sorğusuna görə, son dövrlərdə “Apple” markası getdikcə “gözdən düşür”. Bundan əvvəlki ilin sorğularında müştərilərin 93%-i yenidən “Apple” markalı cihaz alacaqlarını desələr də, bu il 88% istifadəçi bu cavabı verib. Üstəlik Avropa bazarında da zəifləmə hiss olunub; keçən il 88% avropalı “Apple” almaq istəyirdisə, bu il faizlər 75-ə qədər düşüb. İstifadəçilərin ən böyük narazılığı isə modellər arasındakı innovativ yenilik fərqlərinin azlığıdır. Məsələn, iPhone 5 ilə iPhone 4S arasında elə bir ciddi fərq yoxdur. Bu da istifadəçiləri heç qane etmir.
Bunun nəticəsidir ki, son iki ayda şirkətin qiyməti 130 milyard dollar ucuzlaşıb, səhmlər isə 20% aşağı düşüb.
Araşdırma zamanı məlum olub ki, Avropa bazarında hazırda “Google”-un mobil telefonları hökmranlıq edir. Keçən il 51% istifadəçi “Google” telefonları almaq istəyirdisə, bu il 67% istifadəçi bu niyyətdədir.

İnstagram telefondan web-ə keçdi

Əvvəl iOS, sonra Android sistemlərində məşhurlaşan “İnstagram” rəsmən sosial şəbəkə statusunu web-ə keçməklə qazanıb. Hələlik ancaq istifadəçilərin ana səhifəsinin web versiyası hazırlanıb. Buradan istifadəçilər adlarını, bioqrafiya və profil fotolarını dəyişə bilərlər.
İnstagrama bu cür qoşulmaq istəyənlər istifadəçi adını web linkdə qeyd etməlidir. Məsələn, instagram.com/ istifadəçi adı.
Sosial şəbəkənin qurucusu Kevin Sistromun dediyinə görə, təkcə mobil telefon vasitəsi ilə 100 milyon istifadəçi yığan Instagram web versiyada da uğurlu olacaq.
Görəsən, istifadəçi sayı həqiqətən artacaqmı?

Obamanın qələbəsi

Seçkilərdə rəqibi Mitt Romniyə qalib gələrək ABŞ prezidenti olan Barak Obama “Twitter”də də birinci olub. Prezident “Four more years” (Dörd il daha) mesajını yazaraq Mişel Obama ilə şəklini istifadəçilərlə paylaşıb. Bu mesaj “Twitter” istifadəçiləri tərəfindən 550 mindən çox re-tweet edilib və sayt qurulandan sonra ilk dəfə belə bir rekorda imza atıb.

Bildirək ki, gün ərzində seçki ilə bağlı 20 milyona yaxın tvit atılıb, nəticələrdən sonra isə əsl “bum” yaşanıb; belə ki, dəqiqədə 327 min tvit qeydə alınıb.

Hazırladı: Rena Nevzat
# 1702 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news