Opera və Balet Teatrında “Don Kixot” baletinin tamaşası keçirilib

Opera və Balet Teatrında “Don Kixot” baletinin tamaşası keçirilib
calendar 13 noyabr 2012
clock 10:33
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçirilib.

APA-nın məlumatına görə, tamaşada əsas partiyaları Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsov ifa ediblər.

Balet tamaşasını Belarusun xalq artisti, professor Vyaçeslav Voliç idarə edib. Anşlaqla baş tutan tamaşada Kitri rolunun ifaçısı Yekaterina Oleynik və Bazil rolunu ifa edən Konstantin Kuznetsovun yüksək ustalığı və professional səviyyəsi baletsevərləri heyran edib.

Tamaşadan sonra Kitri rolunun ifaçısı Yekaterina Oleynik bunları deyib: “Bizim teatrın bir çox aparıcı solistləri dəfələrlə Azərbaycan Opera və Balet Teatrının qonağı olub və Bakı səhnəsində çıxış ediblər. Onlar hər dəfə geri qayıdandan sonra qastrol səfərləri haqqında, necə səmimi qarşılandıqları, tamaşanın yüksək səviyyədə baş tutduğu, Azərbaycan balet truppası və orkestrin səviyyəsi haqqında yüksək fikirlər söyləyirdilər. Ona görə də Azərbaycan Opera və Balet Teatrının direktoru Akif Məlikovdan dəvət alarkən Konstantinlə mən dəvəti böyük məmnuniyyətlə qəbul etdik.

Fikrimcə, bu gün biz yaxşı çıxış etdik. Tərəf-müqabilimlə mən böyük məmnuniyyətlə rəqs edirdik. Tamaşaçılar öz alqışları ilə bizi daha da ruhlandırırdılar. Balet truppanız ilə qarşılıqlı təmas çox asanlıqla alındı. Professional və perspektivli truppanız – gözəl solistləriniz var. Bizim həmkarımız – Vyaçeslav Voliçin rəhbərlik etdiyi orkestrə “Bravo!” demək istərdim. Əsas təşəkkürümü isə səmimi və hərarətli qəbul, qastrol səfərimizin yüksək səviyyədə təşkili və bizə hədiyyə edilən gözəl qızıl gül dəstəsi üçün Teatrın direktoru Akif Məlikova bildirmək istərdim. Bakıya bir daha qayıtmaq və Sizin gözəl teatrınızda yenidən çıxış etmək ümidi və arzusu ilə şəhərinizi tərk edirəm”.
# 1776 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news