“Sandıqda qalan muştuluq” kitabının təqdimatı keçirilib

“Sandıqda qalan muştuluq” kitabının təqdimatı keçirilib
calendar 14 noyabr 2012
clock 18:33
Noyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı Səyyad Aranın “Sandıqda qalan muştuluq” kitabının təqdimatı və “İmza günü” keçirilib.

AzərTAc xəbər verir ki, AYB-nin katibi Rəşad Məcid müəllifi yeni kitabının işıq üzü görməsi və 60 illik yubileyi münasibətilə təmsil etdiyi qurumun rəhbərliyi adından təbrik edərək ona xatirə hədiyyəsi bağışlayıb. Xalq Yazıçısı Mövlud Süleymanlı, AYB-nin katibi Arif Əmrahoğlu yenicə çapdan çıxmış kitabda toplanmış hekayələr haqqında çıxış ediblər.

“Ulduz” jurnalının redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, tənqidçi Əsəd Cahangir 1978-ci ildə “Ulduz” jurnalında nəşr olunmuş “İbiş dayı” hekayəsi ilə bədii yaradıcılığa başlayan Səyyad Aranın 36 illik ədəbi fəaliyyətində insan taleyini və xarakterini, acı həyat həqiqətlərini özünəməxsus şəkildə canlandırdığını bildiriblər.

Diqqətə çatdırılıb ki, çoxsahəli yaradıcılıq diapazonuna malik Səyyad Aranın əsərləri “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Gənclik”, “Azərbaycan qadını” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “525-ci qəzet”, “Yol”, “Dədə Qorqud” və s. mətbu orqanlarında dərc edilib.

İlk yaradıcılıq nümunəsi olan “Körpü” kitabı 1983-cü ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüş ədibin bir-birinin ardınca “Soyuq günəş”, “Xaosdan sabitliyə”, “Üfüqdə Nobel sülh mükafatı görünür”, “1960-80-ci illərdə Azərbaycan nəsrində psixologizm”, “Heydər Əliyev və Azərbaycan dövlət neft strategiyası” nəşrləri oxucuların rəğbətini qazanıb.

“Soyuq günəş” (“Təbriz” nəşriyyatı, 1996) “Akanma kağıdı” (“Təmizlik kağızı”, İstanbul “Milenyum” nəşriyyatı, 2010) kitabları müəllifi ölkəmizin hüdudlarından kənarda da geniş oxucu kütlələrinə tanıdıb. Sonda yazıçı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək yeni kitabını avtoqrafla gənc oxuculara təqdim edib.
# 1295 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news