Kişinyovda Nizami Gəncəvi adına parkın açılışı olub

Kişinyovda Nizami Gəncəvi adına parkın açılışı olub
calendar 14 noyabr 2012
clock 18:45
Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bu gün paytaxt Kişinyov şəhərinin mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və bərpadan sonra, yenilənmiş görkəmdə şairin büstünün açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyinin Moldovada səfərdə olan mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, təntənəli mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldovanın tanınmış ziyalıları, incəsənət xadimləri, şair və yazıçılar, heykəltəraşlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak ediblər.

Mərasimdə Moldova-Azərbaycan Konqresinin Prezidenti Vüqar Novruzov çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından, onun dünya mədəniyyətinə töhfəsindən bəhs edərək Moldovanın paytaxtında, Kişinyov şəhərinin mənzərəli guşəsində belə bir istirahət parkının açılışını əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə şairin 870 illik yubileyinin qeyd olunduğu ildə belə bir parkın yenidən istifadəyə verilməsi yubiley tədbirlərinə bir töhfədir.

Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış ediblər. Natiqlər dahi Azərbaycan şairinin ümumbəşəri yaradıcılığına bir daha nəzər salaraq onun dünya mədəniyyətində silinməz iz qoyduğunu qeyd ediblər.

Bildirilib ki, Nizami Gəncəvinin xatirəsi bütün dünyada ehtiramla yad edilir və bunun nəticəsidir ki, Moskva, Sankt-Peterburq, Roma kimi zəngin mədəniyyət nümunələri olan şəhərlərdə şairin abidəsi ucaldılıb. Əminliklə vurğulandı ki, Moldovada yenidən istifadəyə verilən, şairin büstünün ucaldığı və adını daşıyan bu park Kişinyov sakinlərinin sevimli yeri olacaq.
# 1402 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news