“Mirzə Cəlilin taleyi” səhnədə

“Mirzə Cəlilin taleyi” səhnədə
calendar 16 noyabr 2012
clock 11:09
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı teatrın kollektivi tənqidçi, ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kinossenarisi əsasında “Mirzə Cəlil taleyi” adlı yeni tamaşanın məşqlərinə başlayıb. Teatrın direktoru, xalq artisti Kamran Quliyevin verdiyi xəbərə görə, ilk dəfə olaraq Naxçıvan teatrının səhnəsində tamaşa qoyulan əsər Mirzə Cəlil epoxasını əks etdirmək baxımından çox qiymətlidir.

Belə ki, Cəlil Məmmədquluzadənin həyatı, mühiti və mübarizəsindən bəhs edən iri həcmli "İnsanlar və talelər" kinodramı böyük ədibin və onun müasirlərinin, əməl dostlarının obrazını səhnəyə gətirir, dövrün kəşməkəşli hadisələrini işıqlandırır, cəhalət zülmətində boğulan xalqın həqiqi ziyası olan bu şəxslərin bədii portretlərini canlandırır.

Tamaşanın quruluşçu rejissoru Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı isə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.

Tamaşada xalq artistləri Rza Xudiyev Ömər Faiq, Həsən Ağasoy İsgəndər, Şirzad Abutalıbov Mirzə Ələkbər Sabir, əməkdar artistləri Əli Əliyev Cəlil Məmmədquluzdə, Elmira Kərimova Həmidə xanım, Bəhruz Haqverdiyev Üzeyir Hacıbəyov, Xəlil Hüseynov Şmerlinq, aktrisa Zəminə Baxşəliyeva Mina obrazlarını canlandırırlar.
# 1352 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news