iPhone casus deyil!

iPhone casus deyil!
calendar 27 aprel 2011
clock 17:07
Apple şirkətinin rəhbəri Stiv Cobs iPhone telefonlarının sahibini izləməsi ilə bağlı iddialara aydınlıq gətirib: “Biz heç kimi izləmirik. iPhone casus deyil. Ancaq Androidlər üçün eyni şeyi deyə bilmərəm”.

Bir neçə gün əvvəl iPhone, iOS sistemindəki “consolidated.db” adlı faylda istifadəçilərinin olduğu yeri qeyd etməsində ittiham olunurdu.

Daha sonra isə Androidlərdə də oxşar izləmə sisteminin olduğu bildirildi.

Bu izləmə iddialarından narahat olan bir iPhone istifadəçisi Cobsa belə bir məktub yollayıb:

“Stiv, iPhone-nun içində yerləşdirilmiş və mənim olduğum yerlərin qeydini aparan bir fayl iPhone üçün bu qədər vacib idi? Olduğum yerlərin qeydə alındığını bilmək çox böyük narahatlıqdır. Bəlkə özümə Android telefonu almamışdan əvvəl məni bu barədə məlumatlandırasınız. Ən azından onlar məni izləmir”.

Stiv Cobs isə belə cavab verib: “Xeyr, Android edir. Biz isə təqib etmirik. Bu haqda məlumatlar yalandır”.

Qeyd edək ki, yaxın günlərdə Stiv Cobsun bütün bu iddialarla bağlı mediaya daha geniş məlumat verəcəyi gözlənilir.

Apple şirkətinin məhsulları olan iPhone hazırda dünyada satışı sürətlə artan smart telefonlardır. Şirkətə qarşı belə iddiların irəli sürülməsi iPhone-a olan marağı azalda bilər. Apple rəhbərliyi məhz bundan narahatdır.


Günel Əsgərzadə
# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news