Rusiyanın “Milli Bestseller”-ində short-list açıqlandı

Rusiyanın “Milli Bestseller”-ində short-list açıqlandı
calendar 27 aprel 2011
clock 17:08
26 Apreldə Moskvada “Milli Bestseller” ədəbiyyat mükafatının short-listi açıqlanıb. Long-listdə yer alan 65 kitabdan cəmi altısı seçilib.

“RİA Novosti” agentliyinin yaydığı məlumata görə, short-listə: Dmitri Bıkov - “Ostromov və ya sehrbazın şagirdi”, Mixail Elizarov - “Cizgi filmləri”, Pavla Pepperşteyn - “Praqa gecəsi”, Andrey Rubanov - “Psixodel”, Fiqlya-Miqlya - “Sən bu filmləri necə sevirsən” və Sergey Şarqunov - “Şəkillərsiz kitab” kitabları düşüb.

Kitablar arasında ən iddialı imza Dmitri Bıkovdur. O, on bir jüri üzvünün səs çoxluğunu qazanıb.

Mükafatın Təşkilat Komitəsinin sədri Vadim Levental finalda əvvəlki səslərin hesablanmayacağını deyib. Qalibi isə İvan Alekseyev, Oleq Kaşin, Aleksey Yefimoviçdən ibarət kiçik münsiflər heyəti seçəcək. Kiçik jüriyə Kseniya Sobçak başçılıq edəcək.

“Milli Bestseller”-in yubileyi bu ilə təsadüf etdiyindən təşkilatçılar daha bir müsabiqə təşkil ediblər. Yeni müsabiqə “Super Milli Bestseller” adlanır və qalib əvvəlki illərin qalibləri arasından seçiləcək. Müsabiqəyə həmçinin Pelevinin “DPP”, Prileninin “Günah”, Proxanovun “Cənab Hersoq” əsərləri də qatılacaq. “Super MB”-nin qalibini 100 min dollar mükafat gözləyir.

Münsiflər heyətinin xüsusi qonağı isə Arkadi Dvorkoviç olacaq.
Qaliblər isə 29 May tarixində açıqlanacaq.

Qeyd edək ki, ilk qalibi Leonid Yuzefoviç olan bu ədəbi mükafat 2001-ci ildən verilməyə başlayıb. 10 min dollar dəyərindəki mükafat Sankt-Peterburq şəhərində sahibinə çatır. Qalib növbəti il kiçik münsiflər heyətinə qatılma şansını əldə edir.

Günel Əsgərzadə
# 1258 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news