“Sübhün səfiri” filminin təqdimatı olacaq

“Sübhün səfiri” filminin təqdimatı olacaq
calendar 19 noyabr 2012
clock 11:19
Dekabrın əvvəlində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilmiş “Sübhün səfiri” tammetrajlı bədii filminin təqdimatı olacaq.

AzərTAc xəbər verir ki, “Sübhün səfiri” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Filmin rejissoru, Xalq Artisti Ramiz Həsənoğlu, ssenari müəllifi Anar Rzayev, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Adil Qulamovdur.

Yeni ekran əsərinin çəkilişləri Bakıda, M.F.Axundzadənin doğulduğu Şəkidə, habelə Tbilisi və İstanbul şəhərlərində aparılıb. Filmdə təqribən 90 aktyor rol alıb. Mirzə Fətəli Axundzadənin uşaqlıq illərini 11 yaşlı Tofiq Əliyev, gənclik illərini Nicat Həbibov, yaşlı Axundzadəni isə xalq artisti Rasim Balayev canlandırıb.

“Sübhün səfiri” filmində, həmçinin xalq artistləri Fəxrəddin Manafov, Ramiz Əzizbəyli və Rafiq Əliyev, əməkdar artistlər Məmmədsəfa Qasımov, Məlahət Abbasova çəkiliblər. Filmdə habelə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları xalq artistləri Aleksandr Şarovski və Məbud Məhərrəmov, Yuri Baliyev, Oleq Əmirbəyov və başqaları rol alıblar.
# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news