Açılışda AUB fəalları ilə bərabər, layihədə iştirak edən yeniyetmələr, müxtəlif universitetin tələbələri, məktlilər, bir sıra yerli QHT aktivləri, eləcə də KİV nümayəndələri iştirak edirdilər. Açılış mərasimində çıxış edən layihə icraçıları 11 ay ərzində (yanvar 2012-noyabr 2012) həyata keçirilən fəaliyyətlərdən ətraflı danışdılar, onun yekunu, əldə edilən uğurları və davamlılığı barədə məlumatla bölüşdülər. Sonra qonaqlar sərgidə nümayiş olunan fotoişlər ilə tanış olmaq üçün dəvət edildilər.
- "Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olundu
- Elməddin Cəfərov: "Ayın sonunda gəlir ki, maaş ver"
- “Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər
Noyabrın 21-nə kimi davam edəcək fotosərgidə bu ilin aprel ayında Bakıda təşkil edilən “Foto jurnalistika” mövzusu üzrə təlimlərdə iştirak etmiş Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gəncin foto işləri nümayiş etdiriləcək. Fotolarda uşaqların gözü ilə sosial problemlər əks olunmuş, geniş ictimaiyyətin diqqətini həmin problemlərə cəlb etməyə çalışılmışdı.
Qeyd edək ki, bu foto sərgi eyni zamanda bu ilin sentyabr ayında Bilsuvarda yerləşən Mübariz İbrahimov adına lisey-məktəb kompleksində və oktyabr ayında Gəncə şəhəri “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində təşkil edilmişdi. Həmçinin “Park Bulvar” AVM-də təşkil edilən sərgi yekunlaşandan sonra bu fotolar sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaq.
Sözügedən layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.