“Dünya dahilərsiz yaşaya bilmir” kitabı rus dilində nəşr olunub

“Dünya dahilərsiz yaşaya bilmir” kitabı rus dilində nəşr olunub
calendar 21 noyabr 2012
clock 11:28
Azərbaycan oxucuları və tamaşaçıları Amerikada yaşayan dünya şöhrətli soydaşımız, professor Lütfi Zadənin keşməkeşli həyatı, çoxçalarlı elmi yaradıcılığı ilə bağlı ilk dəfə ötən əsrin sonlarında tanınmış yazıçı-publisist Möhbəddin Səmədin mətbuatda çap etdirdiyi silsilə elmi-publisistik yazıları, sonra onun ssenarisi əsasında çəkilmiş dördseriyalı “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi, daha sonra isə “Dünya dahilərsiz yaşaya bilmir” adlı fundamental elmi-populyar kitabı ilə tanış olublar.

AzərTAc xəbər verir ki, ilk dəfə 2000-ci ildə işıq üzü görən bu kitabın taleyi uğurlu olub. Həmin kitab 2005-ci ildə Türkiyədə məşhur “Emrə yayınları” nəşriyyatı, 2008-ci ildə isə Qafqaz Strateji Tədqiqatlar İnstitutunun dəstəyi ilə İsveçin paytaxtı Stokholmda “CA..CC Press” nəşriyyatı tərəfindən çap edilib.

Lütfi Zadə özünün qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ilə dünya elmində inqilabi çevriliş etmiş və sağlığında ikən dahilik zirvəsinə yüksəlib. Adı Aristotel, Eynşteyn, Norbert Viner, Heyzenberq, Hilen Siborq ilə yanaşı çəkilən alimin bu nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının bütün sahələrinə nüfuz edib.
Dünya şöhrətli alimin dünyada məşhur olan qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-radio cihazların istehsalında, eləcə də super yeni, beşinci, altıncı nəsil kompyuterlərin yaradılmasında mühüm rol oynayıb.

Bu yaxınlarda Qafqaz Strateji Tədqiqatlar İnstitutu Möhbəddin Səmədin “Dünya dahilərsiz yaşaya bilmir” elmi-populyar əsərini İsveçin məşhur “CA..CC Press” nəşriyyatının qrifi ilə “Qafqazlı dahilər” silsiləsindən rus dilində çap edib oxucuların ixtiyarına verilib.

Kitabı rus dilinə Rəhim Babayev tərcümə edib. Nəşrin ingilis dilinə tərcüməsi də nəzərdə tutulub.
# 1537 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news