Kulis.azın Yahoo News-a istinadən verdiyi xəbərə görə, kitab məşhur “Nüremberq Xronikası” kitabının alman dilində yazılan əsli imiş. “Nüremberq Xronikası” kitabının strukturu bəşəriyyət tarixinin Bibliyada olduğu kimi göstərilməsindən ibarətdir. Kitab 1493-cü ildə Anton Koberger tərəfindən parça üzərinə çap olunub.
- Liam Peynin ilkin ölüm səbəbi açıqlandı
- KVN-in aktyoruna Azərbaycandan çıxış qadağan edilir
- Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib
Kitabın parça üzərinə çap olunduğundan yazıların və ya səhifələrin ovulub tökülməsi kimi problemləri yoxdur. Ekspertlər bir neçə düzəlişlə onun daha 500 il də yaşaya biləcəyini deyiblər.
Digər kitab dileri Con Vindl kitabın dəyərinin 1 milyon dollar olduğunu açıqlayıb: “Buna oxşar qədimi bir kitab keçən il 850 minə satılıb. Məncə, bu cür qədimi kitabı hər kəs əldə etmək istəyər. Həm də kitab demək olar ki, zərər görməyib. Bu onun qiymətinə çox təsir edir”.
“Nüremberq Xronikası”nın spesifik cəhətlərindən biri onun qədim olsa da, əllə deyil, çap maşını ilə nəşr olunmasıdır. Kitabda Qərbi Avropanın iyirmiyə yaxın şəhərinin tarixindən maraqlı faktlar yer alır.
Günel Əsgərzadə