Qarabağ xalçaları kitablaşdı - ÖZƏL XƏBƏR

Qarabağ  xalçaları kitablaşdı - ÖZƏL XƏBƏR
calendar 29 aprel 2011
clock 17:23
“Azər-İlmə” MMC “Azərbaycan xalçaları: Qarabağ qrupu”adlı illustrativ materiallar toplusunu çap edib. Bu barədə Kulis.az-a qurumdan məlumata verilib.

Təqdim edilən “Azərbaycan xalçaları bütün məktəbləri ilə” layihəsindən olan “Azərbaycan Xalçaları Qarabağ Qrupu” adlı bu kitab Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın xalçaçılıq məktəbinə həsr edilib.

Azərbaycan və ingilis dillərində çap edilən kitabda Qarabağın keçdiyi tarixi inkişaf yolu, xalçaçılığının təşəkkülü, onun inkişafı mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapıb.

Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan hazırlanan illustrativ materiallar toplusunin əsas hissəsi “Azər-İlmə” MMC-nin “Sehrli ilmələr” qalereyasının tarixi Qarabağ xalçaları kolleksiyası və tarixi ənənələri əsasında bilavasitə “Azər-İlmə”də toxunan xalçalardan təşkil edir.

Təqdim olunan hər bir tarixi xalçanın təsviri və texniki göstəriciləri burada yerini tapmışdır.

Kitabda verilmiş bütün materiallar Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut edir. Kitabda həmçinin Qarabağın Azərbaycan tarixi və mədəniyyətinin ayrılmaz üzv hissəsi olduğunu təsdiqini tapır.

Kitabdan Azərbaycan xalçalarına maraq göstərən və bütün təbəqədən olan oxucular istifadə edə bilərlər.

Günel Əsgərzadə
# 1611 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news