Venesuela Kubaya internet verdi

Venesuela Kubaya internet verdi
calendar 2 mart 2011
clock 15:39
Venesuela ilə Kubanı dəniz altından birləşdirən fiberoptik kabelin ölkənin internet məkanında böyük bir dönüşə səbəb olacağı bildirilir.

BBC-nin verdiyi xəbərə görə, internetin sürətlənməsi ilə yanaşı telefon danışıqları da ucuzlaşacaq.

1600 kilometrlik fiberoptik kabel xətti Venesuela Prezidenti Huqo Çavezin qurduğu ALBA (Bizim Amerikamız Bolivar İttifaqı) adlı təşkilat tərəfindən maliyyələşdirilir.

Kubanın İnformasiya və Əlaqələr Naziri Medardo Diaz iyulda fəaliyyətə başlayacaq bu layihənin birliyin və ölkə suverenliyinin güclənməsinə böyük töhfələr verəcəyini vurğulayıb. O, sözügedən proyektin: “Kubanın müstəqilliyini gücləndirəcək və 50 ilə yaxın davam edən Amerika mühasirəsində bir çat açacağını”, – söyləyib.

Kubada indiyə qədər internet və beynəlxalq telefon bağlantıları peyk vasitəsilə yaradılırdı. Bu da bağlantının yavaş və bahalı olmasına səbəb olurdu.

Ölkədə 2009-cu ildə bəzi kafe və otellərdə internetə sərbəst bağlanmaq imkanının olmasına baxmayaraq bu yalnız dövlət nəzarət və icazəsi ilə mümkün olurdu.

Kubada xalqın yüzdə 3 hissəsinin internete çıxışı var. Kubadakı kommunist idarəetmə sistemi bunu Amerikan embarqosu ilə əlaqələndirir.
# 1573 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news