Sunami qurbanları üçün... - AKSİYA

Sunami qurbanları üçün... - AKSİYA
calendar 5 may 2011
clock 12:32
Yaponiyada baş vermiş zəlzələ və tsunami qurbanlarına yardım məqsədi ilə çıxan “Yaponiya üçün nəğmələr” albomunun satışı beş milyon dolları ötüb. Albomda Ledi Qaqa, Bob Dilan və Madonnanın hit mahnıları yer alır.

Kulis.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dünyanın ən böyük səsyazma şirkətlərinin birgə layihəsi olan albomun bir ay əvvəl internetdə satışına başlanıb. 4 Apreldən CD formatında satışa çıxan albom iki diskdən ibarətdir.

Təşkilatçılar keçən ay satışdan əldə olunan iki milyon dolları Yaponiyanın Qırmızı Xaç Cəmiyyətinə göndəriblər. Gəlirin digər hissəsi isə bu həftənin əvvəlində öz ünvanına çatıb. 38 hitdən ibarət albomun indiyə qədər 500 min surəti satılıb.

“Yaponiya üçün nəğmələr”ə dünya klassik musiqi nümunələri, həmçinin Con Lennonun “Imagine”, Elton Conun “Don t Let The Sun Go Down On Me” mahnıları da daxil edilib.

Günel ƏSGƏRZADƏ
# 1071 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news