Elif Şafakın kitabı Amerikada nəşr olunacaq

Elif Şafakın kitabı Amerikada nəşr olunacaq
calendar 6 may 2011
clock 12:12
Türk yazıçı Elif Şafakın “Qara Süd” kitabı “Viking/Penguin” tərəfindən ingilis dilində çap olunub.

Bu həftə Amerikada satışa çıxarılacaq avtobioqrafik romanı yazıçı 2007-ci ildə yazıb. Bundan bir il əvvəl ana olan Şafak romanda doğum sonrası yaşadığı depressiyanı altı xəyali qadın obrazın dilindən anladır.

Yazıçı Nyu-Yorkda qatıldığı PEN festivalında daha iki hadisə ilə yadda qalıb.

Şafak ingilis yazıçı Salman Ruşdi və amerikalı yazıçı Conatan Franzen ilə birlikdə Moth Teatrında çıxış edib. Beş yüzə yaxın insanın izləməyə gəldiyi çıxışda Şafak “Yazıçı dilemmaları” mövzusu üzərində danışıb.

Tanınmış yazar çıxışında başına gələn gülməli hadisələri, İstanbulun tarixi və gündəlik həyatından düşündürücü məqamları bölüşüb.

Virginiya, Harvard, Boston Universitetlərində də çıxışlar edən yazıçı tələbələrin suallarına cavab verib.

Yazıçı tələbələrin suallarına cavab verərkən İstanbulu da unutmayıb. O, “Ən çox sevdiyiniz şəhər hansıdır?” sualına: “Əlbəttə, İstanbul, dalğalı, ehtiraslı, çətin bir sevgili kimi” deyə cavablayıb. Digər tələbənin “Sizcə, ən yaxşı oxucular kimlərdir?” sualına isə: “Romanları, kitabları ürəklə oxuyanlar, ürəkdən oxuyanlar” cavabını verib.


Günel Əsgərzadə
# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news