“Eurovision-2012”nin keçiriləcəyi yer bəlli oldu

 “Eurovision-2012”nin keçiriləcəyi yer bəlli oldu
calendar 17 may 2011
clock 12:37
Üstüörtülü arenanın Bayraq Meydanının yaxınlığında inşa olunacağı bildirilir

2012-ci ildə Azərbaycanda keçiriləcək “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi üçün yeni arena tikiləcək. Bu haqda Lent.az-a mötəbər mənbələrdən məlumat verilib.

Mənbə bildirir ki, bu məqsədlə Bayraq Meydanının yaxınlığında üstüörtülü arena inşa olunacaq. Arena idman və konsert tədbirləri üçün nəzərdə tutulacaq. Onun ən azı 20 min nəfərlik tamaşaçı tutumu olacaq. Müsabiqə gələn ilin mayında keçiriləcəyindən, tikinti işlərinə tezliklə başlanılacaq və vaxtında istifadəyə verilməsi üçün işlər intensiv həyata keçiriləcək.

Arenanın yeri xüsusən əcnəbi qonaqların diqqətini cəlb etmək məqsədilə seçilib.

Qeyd edək ki, “Eurovision-2012”nin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmə ehtimalı səsləndirilirdi. Bu, 30 min nəfərlik tamaşaçı tutumuna malik stadionun şəhərin mərkəzində yerləşməsi və ölkənin ən böyük arenası olması ilə izah edilirdi.
# 1598 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news