Gürcü sənətçi Nino Katamadze neçə illərdir çalışdığı “Insight” qrupu ilə birgə Bakıya gəlir.
- Cəfər Cabbarlı mükafatı təqdim edildi
- Məşhur əsər 50 milyon dollara satışa çıxarılacaq
- Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan Əbülfət Əliyev
Artıq bir dəfə şəhərimizdə qonaq olan Katamadzenin konserti iyunun 15-ində “Yaşıl Teatr”da baş tutacaq.
Nino Katamadze “Insight” qrupu ilə 1999-cu ildən əməkdaşlıq edir.
Sənətçi 2002-ci ildə İngiltərədə keçirilən “Gürcüstan günləri” çərçivəsindəki çıxışından sonra tanınıb.
2005-ci ildə ABŞ-a qastrol səfərinə gedən caz ustası bununla uğurlarına daha birini əlavə edib.
Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
Günel ƏSGƏRZADƏ