- “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq
- Marka kolleksiyası - Karel Çapekin hekayəsi
- Rus Dram Teatrının oktyabr repertuarı
“Yüksek Sadakat” qrupunu 1997-ci ildə bəstəkar və bas gitaraçı Kutlu Özmakinaçı yaradıb. Qrupun vokalçısı Kənan Vural, gitaraçısı Serkan Özgen, bas gitaraçısı Kutlu Özmakinaçı, klaviş ifaçısı Uğur Onatkut, baraban ifaçısı isə Alpay Şaltdır.
Qrup 2008-ci ilin sonlarında TRT-dən daxil olan təklif əsasında “TRT Radio1”-də bir il müddətində “Ehtimallar dənizi” proqramını təqdim edib. 2009-cu ildə Avropa turnesinə çıxan “Yüksek Sadakat” qrupu Almaniya, Niderland, Belçika və İsveçrədə 7 konsert verib. Bu günədək 3 albomu işıq üzü görən qrupu TRT 2011-ci ildə Düsseldorfda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Türkiyə təmsilçisi kimi seçib.