“Komiks” artıq universitetdə öyrədiləcək

“Komiks” artıq universitetdə öyrədiləcək
calendar 31 may 2011
clock 13:27
Moskvanın Maliyyə-Sənaye Akademiyası “Manqalar və komiks” kafedrası yaradıb.

Kulis.az “Ria Novosti”yə istinadən xəbər verir ki, kafedranı yaratmaq fikri təsadüfən ortaya çıxıb.

Xixus ləqəbli rəssam Pavel Suxix “KomMissiya” komiks festivalı çərçivəsində Akademiyaya əməkdaşlıq təklifi üçün gəlibmiş. Akademiyanın rektoru ilə söhbət əsnasında belə bir kafedra yaratmaq fikrinə gəliblər.

Kafedra rəhbəri olacaq rəssam Xixus: “Dərslər qərb standartlarına uyğun keçiriləcək. Yəni iki-üç həftə işində usta olan rəssamlardan biri dərs verəcək. Rəssamlar tələbələrə komiksin ssenarisinin qurulması, çəkilməsi mövzusunda təlimlər verəcəklər” deyə bildirib.
Rəssam dərslərə təkcə komiks çəkən rəssamları deyil, rejissor və ədəbiyyatçıları da cəlb edəcəyini bildirib: “Komiksdə ən vacib şey hekayəni anlatmaqdır. Rejissorluq da vacibdir komiks üçün. Mən, hər kəsə komiksi öyrədə biləcəyimə əminəm. Çünki bunun üçün dahi olmaq lazım deyil. Sadəcə yaxşı hekayə anlatmaq qabiliyyətin olmalıdır”.

Kafedra MDB məkanında ilk olduğundan bura qəbul imtahanların hansı qrupa aid olacağı müzakirə olunur.

Qeyd edək ki, analoji kadefra Edinburq və Şotlandiyada da var. İki il bundan əvvəl Edinburqda Con Nepir adına universitetdə “Komiks” kafedrası yaradılıb. Şotlandiyada yaradılmış fakültəyə qəbul isə ədəbiyyat bölməsi üzrə olub.


Günel ƏSGƏRZADƏ
# 813 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news