Dünyanın ən gözəl öpüşü

Dünyanın ən gözəl öpüşü
calendar 7 iyun 2011
clock 16:43
MTV Film Mükafatları dünən sahiblərinə çatıb. Bu dəfə mükafat olaraq verilən “Pop-korn” heykəlinin kimə çatmasından çox şoudakı hadisələr hamını təəccübləndirib.

Bu ilki mükafat gecəsi “Vampirlər”in , Yohanson-Ballok, Hill-Brend öpüşləri, Castin Timberleykin zarafatları, Eminemin qucağına yıxılan homoseksual aktyorla yadda qaldı.

Artıq 21 ildir verilən MTV Film mükafatları bu hadisələr sayəsində ən yaddaqalan gecəsini keçirdi.

Gecədə ən çox mükafatı “Alacaqaranlıq” filmi qazandı. “Ən yaxşı öpüşmə” də daxil olmaqla film 5 mükafata sahib oldu. Filmin baş rol aktyoru Robert Pattinson mükafat sevincini rol yoldaşı Kristin Stevartı öpərək bildirib.

İkinci sevinc öpüşməsi isə aktrisalar arasında olub. “MTV Generation” mükafatına layiq görülən Sandra Balloka mükafatını Skarlet Yohansson verib. Səhnəyə çıxdıqda aktrisa Ballok Yohanssondan onu öpməsini xahiş edib.

Ən sonuncu öpüşmə “Veqasdan qaçış” filminin aktyorları Rassel Brend və Con Hill arasında olub. Qeyd edək ki, Rassel Brend müğənni Keti Perrinin sevgilisidir.

Eminemin qucağına düşən homoseksual aktyor

Bu yaxınlarda nümayiş olunacaq “Bruno” filmində avstraliyalı homoseksualı oynayan Saşa Baron Kohenin şousu hamını şoka salıb. Şou vaxtı quş lələkləri ilə dizayn edilmiş paltarla göydə rəqs edən Kohen qəfil reper Eminemin qucağına düşüb. Eminem bunu özünə hörmətsizlik sayaraq, mükafatlandırma gecəsini tərk edib.

Timberleykin zarafatı

Müğənni Castin Timberleyk “Qara Ququşu” filmində oynayan aktrisa Mila Kunislə səhnədə xeyli zarafatlaşıb.

Gecənin əsas mükafatlarını sizə təqdim edirik:

Ən yaxşı film:
“Alacaqaranlıq”
Ən yaxşı qadın aktrisa: Kristen Stevart (“Alacaqaranlıq” filmi)
Ən yaxşı kişi aktyor: Robert Pattinson (“Alacaqaranlıq” filmi)
Ən yaxşı komediya performansı: Emma Stoun
Ən yaxşı pis rol ifaçısı: Tom Felton – (Harry Potter filmi)
Ən yaxşı öpüşmə: Kristen Stevart və Robert Pattinson (“Alacaqaranlıq” filmi)


Günel ƏSGƏRZADƏ
# 2288 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news