25 yaşlı qız ədəbi mükafat aldı

25 yaşlı qız ədəbi mükafat aldı
calendar 9 iyun 2011
clock 14:45
İngiltərənin ən nüfuzlu ədəbi mükafatlarından olan “Oranc”ın qalibi bəlli olub.

Kulis.az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, mükafatın bu ilki qalibi “Pələngin arvadı” əsəri ilə serb əsilli amerikan yazıçı Ti Obret olub.

25 yaşlı Ti Obret bu mükafatı alan ən gənc yazıçı olub.

Dünən baş tutan mükafatlandırma gecəsində yazıçı əsərini “Balkanlardakı müharibə fonunda ölümlərlə qarşı-qarşıya olan həkimlər haqqında dastan” adlandırıb.

Babasının hekayələrindən həvəslənərək yazdığı “Pələngin arvadı” Obretin debüt əsəridir.

Yalnız qadınlara verilən mükafat 1996-cı ildə təsis olunub və 30 min funt sterlinq (təxminən 49 min dollar) dəyərindədir.

“Oranc” qadın yazarlar arasında romançılıq ənənələrinin inkişafı və qiymətləndirilməsi məqsədi ilə yaradılıb.

Günel ƏSGƏRZADƏ
# 865 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news