Ərdoğanın “eybəcər” dediyi heykəli üç rəngə boyadılar

Ərdoğanın “eybəcər” dediyi heykəli üç rəngə boyadılar
calendar 6 aprel 2011
clock 16:00
Türkiyənin Qars şəhərindəki türk-erməni dostluğunun simvolu sayılan “İnsanlıq abidəsi”nin bir hissəsi kimliyi bəlli olmayan şəxs və ya şəxslər tərəfindən üç müxtəlif rənglə boyanıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “İhlas” Xəbər Agentliyi məlumat yayıb.

Abidənin rənglənməsinin səbəbləri barədə yerli sakinlər iki versiya irəli sürüb. Birinci versiyaya görə, abidə sökülməsinə etiraz olaraq boyadılıb. İkinci versiyaya görə isə abidə sadəcə diqqəti çəkməkdən ötrü rənglənib.

Abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul edib. “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.
# 1600 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news