“Apple” rəhbərinin qavrama problemi varmış

“Apple” rəhbərinin qavrama problemi varmış
calendar 17 iyun 2011
clock 08:00
56 yaşlı ixtiraçı son illərin ən çox satılan - iPhone, iPad, iPod məhsullarının yaradıcısıdır. 1984-cü ildə Ronald Reyqan tərəfindən Milli Texnologiya medalı ilə təltif edilib. Qurucularından olduğu “Pixar” şirkətinin çəkdiyi cizgi filmləri müxtəlif mükafatlara layiq görülüb. Bu animasiya filmləri arasında: “Oyuncaq hekayəsi”(Toy Story), “Oyuncaq hekayəsi -2”, “Eybəcərlər” (Monsters), “Nemonun axtarışında” (Finding Nemo) və s. var.

Bu yaxınlarda isə Cobs haqqında İngiltərənin “Telegraph” qəzeti 13 maraqlı faktı təqdim edib.

1. Ailəsi onu övladlığa götürübmüş. Suriya əsilli Əbdülfəttah Con Candali və amerikalı anası Coanna Karol Skeblın oğlu olaraq dünyaya gəlib. Amma Kaliforniyadan olan Pol və Klara Cobs cütlüyü tərəfindən övladlığa götürülüb.
2.Vegetariandır.
3.İdealları Bob Dilan, Deyv Pakard (“HewlettPackard”ın qurucularından), Bob Noys, Andi Grouv (“İntel”in qurucuları).
4.100-dən çox Levi`s cinsi var.
5.“Bitlz”ın “Apple” tərəfindən hazırlanan səsyazmaları xoşuna gəldiyi üçün şirkətin adını “Apple” qoyub.
6.İlk “Apple” kompüteri 21 yaşında Cobs ailəsinin qarajında hazırlayıb.
7.Buddistdir.
8.2004-cü ildə mədəaltı vəzində xərçəng diaqnozu ilə əməliyyat olunub. Cobsda xərçəngin nadir növlərindən olub. İxtiraçının arıq olmağı da xəstəliklə bağlıdır.
9.Doğma bacısı məşhur yazıçı Mona Simpsondur. “Simpsonlar” serialının yazarı Mona Homer Simpson obrazında Stivi təsvir edib.
10.Cobs bir disleksi xəstəsidir. Yəni qavramaqda çətinlik çəkir. Disleksi olan məşhurlar arasında rəssam Leonardo Da Vinçi, aktyor Tom Kruz, Albert Enşteyn var.
11.Ən sevdiyi kəlimə “inanılmaz”, ən sevdiyi cümlə “Yaxşı olmazdımı?”dır.
12.1 $ qarşılığında bir müddət “Apple” şirkətində çalışıb. Hələ də şirkətdə maaşı 1 $-dır. Ancaq müxtəlif mükafatlara layiq görülüb: 1999-cu ildə 90 mln. $ alıb. Şirkətdə 30 mln. $-a yaxın hissəyə malikdir.
13.1991-ci ildə evlənib və bu evlilikdən 3 uşağı var. Evlilikdən kənar Lisa Cobs adlı qızı var.


Günel ƏSGƏRZADƏ
# 956 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news