Qadın cəhənnəmləri - ARAŞDIRMA

Qadın cəhənnəmləri - ARAŞDIRMA
calendar 17 iyun 2011
clock 06:00
Tomson Reuters Fondunun “TrustLaw” araşdırmasında beş qitə üzrə qadın-kişi bərabərliyi mövzusunda 213 mütəxəssisdən dəyərləndirmə alınıb. Dəyərləndirmə cinsi zorakılıq, qeyri-cinsi zorakılıq, mədəni və dini faktorlar, sağlamlıq, insan qaçaqçılığı mövzusunda olub.

Ailədaxili zorakılıq, iqtisadi ayrı-seçkilik, qadın sünnəti, təcavüz kimi kriteriyalarda aparılan araşdırmalarda məlum olub ki, qadınlar üçün ən təhlükəli ölkə Əfqanıstandır.

Siyahının ilk beş ölkə arasında Konqo, Pakistan, Hindistan və Somali var.

Əfqanıstan: iqtisadi azadlıqlar yoxdur!

Əfqanıstan altı kateqoriyadan üçündə - sağlamlıq, qeyri-cinsi zorakılıq, iqtisadi azadlıqların olmaması ilə ən təhlükəli ölkə olaraq göstərilib. Ölkə doğuş zamanı ölümlər, tibbi müayinə imkanlarının zəifliyi və iqtisadi sahədə heç bir haqlarının olmaması ilə birinci yeri tutur.

Konqo: zorakılıq!

1998-2003-cü ildəki müharibənin mənfi təsirlərinin və insani fəlakətin hökm sürdüyü Konqo Demokratik Respublikasında qanunsuzluq yüksək həddədir. Ölkədəki cinsi zorakılıq həddi böyük olduğundan bura “Dünyanın təcavüz paytaxtı” da deyilir. Belə ki, Konqoda ildə 400 minə qədər qadın təcavüzə məruz qalır.

Pakistan: namus cinayətləri

Mədəni və dini qanunların hökmran olduğu tayfaların qadınlara etdiyi cinayətlər arasında: uşaq yaşlarında və ya zorla evləndirilmə, cinsi və qeyri-cinsi zorakılıqlar, daş-qalaq edilmə və digər fiziki cəzalar var. Ölkədə ildə 1000-ə yaxın qadın namus cinayətlərinin qurbanı olur.

Hindistan: qız uşaqlarına ölüm

Hindistanda qız uşaqlarının ana bətnində öldürülməsi, digər uşaq cinayətləri, insan qaçaqçılığı çox yayılıb. Araşdırmalara görə, ildə 50 milyon qız ana bətnində və ya doğuşdan sonra öldürülür.

Somali: ən təhlükəli şey hamiləlikdir

Somalidə qadınlar arasında doğuş vaxtı ölümlər, təcavüz və qadın sünnəti ilə yanaşı iqtisadi, sağlamlıq və təhsil hüquqlarının olmaması çox yayılıb. Ölkə nazirlərindən olan Meryan Kasım Somalidə bir qadının qarşılaşa biləcəyi ən təhlükəli şeyin hamiləlik olduğunu deyib. Çoxlu sayda qadınlar doğuşdan əvvəl və sonra həkim müayinəsinin olmaması səbəbindən dünyasını dəyişir. Hamilə qalan qadınların yaşama mümkünlüyü 50%-dir. Nazir Kasım təcavüzü ölkə “gündəlik hadisə” olaraq qiymətləndirərək hər qadının sünnət olunduğunu da anladıb.

Günel ƏSGƏRZADƏ
# 1184 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news