31 dekabr - El Romanın şeiri

31 dekabr - El Romanın şeiri
calendar 31 dekabr 2020
clock 11:57

Kulis.az El Romanın "31 dekabr" şeirini təqdim edir.

Pəncərəm nağıl danışır gözlərimin içinə,
Yanağım yalan danışır
otağımın peçinə.
Qocalar sahib çıxacaq yetim qarışqalara,
Qozalar yolka olacaq
bütün qarışqalara.

Bu gün ilk dəfə yanacaq
içim də çölüm kimi.
Dostum Hamletə dönəcək
"Olum, ya ölüm" kimi-

Sonra olum qarışacaq yenə ölüm gününə,
Sonra ilk dəfə yanacaq
halvanın üstündə şam.
Sonra Oqtay deyəcək ki, hanı mənim Allahım?!
Bir Allah dağdan enəcək,
deyəcək, qayıtmışam.

Qozalar yolka olacaq bütün qarışqalara,
Bir də həmin yolkaları
bəzəyəcək monpası.
Bu gün ilk dəfə yanacaq Atəşgahın alovu,
Bu gün ilk dəfə sönəcək
Edissonun lampası.

Bir qız kəsəcək küçədə Trumanın önünü,
Atasının çiynindəki
üç ulduzun xətrinə.
Birdən-birə bərk dolacaq Trumanın gözləri
Müharibə dayanacaq
həmin qızın xətrinə.

Qəfil intihar düşəcək ürəyimə bu dəmdə
Qaldıracam boş badəni,
deyəcəm ki, mənəm də...
Bir dəfə ölmək seçəcəm on dəfə ölməməkçün
Bir təsəlli axtaracam
son dəfə ölməməkçün.

Əlimdə ip, zəng edəcəm mayyalı bir dostuma.
Şükr edəcəm Allaha ki,
kömək edən biri var.
Dəstəyin o tərəfindən deyəcək ki,
"ağlama,
onsuz da dünya dağılır,
intiharın yeri var?"

# 2012 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news