Ancelina Colinin həyatdan öyrəndikləri

Ancelina Colinin həyatdan öyrəndikləri
calendar 6 yanvar 2019
clock 21:00

Kulis.az məşhur aktrisa Ancelina Colinin həyat qaydalarını təqdim edir.

Tatiurovka, qan və çapıq – mən bunlardan hazırlanmışam.

Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir.

Ətrafımdakı bütün qızlar balerina olmaq istəyərkən mən vampir olmaq istəyirdim.

Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq sadəcə bir seçimdir.

Anam heç vaxt qışqırmaz və söyüş söyməzdi. O, sadəcə ağlayırdı. Otaqlarımız yanbayan idi. Onun necə ağladığını eşidərdim. Bir dəfə orta məktəbdə oxuyanda – soruşmayın ki, mən nə zibil qaynatmışdım – dərsdən qayıdıb gördüm ki, anam ağlayıb, özü də gecədən səhərəcən.

Atam (Con Voyt) – böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır.

Filmlərə çəkilməmişdən qabaq mən heç öz döşümün ölçüsünü bilmirdim.

Öz obrazlarımın arxasında gizlənmək xoşuma gəlir. Mən çox qapalı insanam və populyarlıqla necə davranmaq lazım olduğunu da yaxşı öyrənə bilməmişəm.

Dünyanın necə böyük olduğunu başa düşmək çox vacibdir.

Övladlarıma verdiyim ən böyük hədiyyə - onlara bu dünyanı görmək imkanı verməkdir.

Azad olmaq intuisiyaya itaət etmək, heç kəsi incitməmək və insanları səhvlərinə görə ittiham etməməkdir.

Həmişə istəmişəm ki, bir neçə həyat yaşayım.

Bəzən uşaqların sualları məni dalana dirəyir. Onlar qəflətən soruşa bilərlər: “Niyə görə Şreklə Fiona evləndi, amma sən yox”.

Sonsuzadək filmlərə çəkilmək fikrim yoxdur. Nə vaxtsa, mən də nənə olacağam.

Həyatın mənasını anlamaq üçün vaxtım yoxdur.

Cavan yaşımda ölmədimsə, bu, mənə bəsdir.

# 4464 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news