Ay gecikən məhəbbətim – Günün şeiri

Ay gecikən məhəbbətim – Günün şeiri
calendar 19 aprel 2021
clock 11:25

Bu gün tanınmış Azərbaycan şairi Tofiq Bayramın anım günüdür. Kulis.az bu münasibətlə şairin öz dövrü üçün ən yaxşı şeirlərdən sayılan “Ay gecikən məhəbbətim”i təqdim edir. Xatırladaq ki, şeirə müğənni Sərxan Sərxan gözəl bir mahnı da oxuyub.

İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!

Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!

Saç ağartdım bu yollarda,
Harda idin, söylə harda?!
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!

Sən əzabsan, ğöz yaşısan,
Bəxtimin son naxışısan,
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş.
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!

Bir könül var, əmanətdir,
Acısı da şirin dərddir.
Bir qadına xəyanətdir,
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!

Cəzan varsa, verən gəlsin,
Könlü hicran görən gəlsin.
Məcnun gəsin, Kərəm gəlsin,
Desin, nədir qəbahətim,
Ay gecikən məhəbbətim!

Bir xəstəyəm, əlacım sən,
Bir koram, əl ağacım sən,
Dilənçiyəm, əl açım, sən –
Sən ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!

# 3345 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news