Bu, Damlanın səviyyəsindən də aşağı düşməkdir

Bu, Damlanın səviyyəsindən də aşağı düşməkdir
calendar 13 avqust 2021
clock 12:58

Hər şey bir yana, zəifi əzmək, lağlağı hədəfinə çevirmək hünər deyil!

Hamıya bəllidir ki, müğənnilərin əksəriyyəti, o cümlədən də Damla intellektual şəxs deyil. Bunların çoxu vurma cədvəlini belə bilməyən toyxana adamlarıdır.

Damlanın o suallara elə cavab verəcəyi də bəlli idi. Bunu Kəramət də yaxşı bilirdi. Amma bilə-bilə Damlanı gülünc duruma salmağa çalışdı və saldı.

Nə dəyişdi?

Guya bilmirdik ki, Damla hansı səviyyədə müğənnidir?

Savadı, intellekti zəif adamı əzmək, lağ hədəfinə çevirmək və onun fonunda daha ağıllı görünmək Damlanın səviyyəsindən də aşağı düşməkdir.

Müsahibənin əvvəlində Damlanın həyəcanlı olduğu, çətin suallarla qarşılaşmaqdan qorxduğu aydın hiss olunur. Hətta bunu özü də deyir. Ehtimal ki, bu qədər çəkindiyi müsahibəni vermək də istəməzdi. Hər halda Kəramət bir şəkildə ikna etməyi bacarıb.

Müsahibə üçün güvənini qazandığın birini altından qalxa bilməyəcək suallarla sınağa çəkmək, gülünc duruma salmaq nəyə lazımdır?

Məşhur birini yerlə-yeksan edə biləcəyini nümayiş etdirmək üçün?

Etdi, nə nə oldu?

Damlanı lağ hədəfinə çevirməkdən başqa nə qazandı?

Bütün halda kimliyindən asılı olmayaraq müsahib sənə etibar edib, qarşında əyləşibsə, onu bu duruma salmaq etik deyil. Xüsusən də Damlanın prodüserinin söylədiyinə görə, əvvəlcədən siyasi mövzular olmayacaq deyib, müsahibə vaxtı o mövzuda suallar vermək müsahibi aldatmaq deməkdir.

Hər şey bir yana, insanların güvəni ilə belə oyun oynamaq olmaz!
Bunu etmək peşəkarlıq deyil, qəhrəmanlıq isə heç deyil.

# 6790 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news