Cem Yılmaz Miri Yusifdən danışdı: "Söz vermişdim..." - Video

Cem Yılmaz Miri Yusifdən danışdı: "Söz vermişdim..." - Video
calendar 15 aprel 2021
clock 18:45

"Sizi 2020-ci ilin may ayında Miri Yusifin konsertinə aparacaqdım".

Kulis.az xəbər verir ki, bu sözləri məşhur türk komediya aktyoru Cem Yılmaz "Burda olan burda qalır" verilişində aktyorlar Zəfər Alagöz və Can Yılmaza deyib.

Verilişdə Cem Yılmazın "Əlibaba və 7 cücələr" filmində Zəfər Alagözün yaratdığı azərbaycanlı "Kənan Məmmədov" obrazından söz düşüb, sənətçilər bu söhbətin ardınca azərbaycanlı tamaşaçıların şəxslərinə olan xoş münasibətindən danışıb, Bakıya gəlmək istədiklərini bildirib.

Cem Yılmaz qeyd edib ki, pandemiya səbəbilə Azərbaycanla bağlı bir sıra planları pozulub:

"Azərbaycanda bizi çox gözəl qarşılamışdılar. Tez-tez gedib gəlməli olduğumuz bir yerdir. Ordan bir çox sənətçi qardaşlarımızla tanış olduq. Sizi 2020-ci ilin may ayında Miri Yusifin konsertinə aparacaqdım. Demişdim özünüzə. Təəssüf ki, pandemiya yolumuzu kəsdi".

Sənətçilər verilişdə bildiriblər ki, şərtlər imkan verən kimi Azərbaycana gələcəklər.

# 2205 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news